11 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

Avqustda ən çox ixrac sifarişi alan məhsullar açıqlandı – Siyahı

2021-ci ilin yanvar-avqust aylarında Azexport.az portalına 324,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2021-ci ilin avqust ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 40,8 milyon ABŞ dolları təşkil edib. 2021-ci ilin avqust ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq xurma, nar, toyuq yumurtası, fındıq ləpəsi, biyan kökü və s. mallara daxil olub. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 avqust tarixinə kimi (56 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 2,54 milyard ABŞ dolları təşkil edib.

Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2021-ci ilin sentyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə  həyata keçirilən qeyri-neft ixracının dəyəri 16,7 milyon ABŞ dolları olub. 2017-ci ildən 2021-ci ilin oktyabr ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 641,7 milyon ABŞ dolları təşkil edib.

10

Son xəbərlər
Oxşar xəbərlər