27 C
Baku
Saturday, July 27, 2024

Avqustda delimitasiya komissiyalarının növbəti iclası keçiriləcək

Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə Dövlət komissiyalarının növbəti iclası avqustda Moskvada keçiriləcək.

Bu barədə “Hraparak”ın sorğusuna cavab olaraq Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisindən bildirilib.

Qeyd olunub ki, görüşün dəqiq tarixi ilə bağlı hələlik yekun razılaşma yoxdur.

Xatırladaq ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədri təyin olunub.

Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın

Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə Dövlət komissiyalarının ilk görüşü 24 may 2022-ci il tarixində keçirlib.

Azərbaycan və Ermənistan tərəfdən komissiyalara Baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryan rəhbərlik edir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər