2021-ci ilin avqust ayında bankların kredit portfeli 240.3 milyon manat artaraq 15 milyard 206.8 milyon manata çatıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, iyul ayının sonu ilə müqayisədə avqustda istehlak kreditləri 108.3 milyon manat artaraq 4 milyard 132.9 milyon manata, ipoteka kreditləri 50.5 milyon manat artaraq 2 milyard 263.9 milyon manata, biznes kreditləri isə 81.5 milyon manat artaraq 8 milyard 810 milyon manata çatıb.