2022-ci ilin avqust ayı ərzində 33.720 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,1% çoxdur. Banker.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, aylıq göstəricinin 7.730-u (22,9%) ilkin, 25.990-ı (77,1%) isə təkrar qeydiyyatın payına düşür. Avqust ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyat 47,4% artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 5.043-ü fərdi yaşayış və bağ evi, 9.285-i mənzil, 18.409-u torpaq sahəsi, 304-ü qeyri-yaşayış binası, 606-sı qeyri-yaşayış sahəsi, 64-ü əmlak kompleksi, 9-u çoxmərtəbəli yaşayış binasıdır. Ötən ay ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 27,6%-i Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.