Ötən ay ərzində 26 623 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36.4% artım deməkdir.
Bu barədə Banker.az-a Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Dövlət Xidməti bildirir ki, 2022-ci ilin avqust ayı ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 43.5% artaraq 5 928 olub.