Avqustun 1-dən iş və xidmət sahələrində COVID-19 pasportu tələb olunacaq

Azərbaycanda iş və xidmət sahələrində COVID-19 pasportu iyulun 1-dən deyil, avqustun 1-dən tələb olunacaq.

Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında müvafiq dəyişiklik edib.

Qüvvədə olan qərara əsasən, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunacaqdı. Dəyişikliyə əsasən, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunacaq.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.