12 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

Avqustun 15-dən başlayaraq Özbəkistanda karantin rejimi yumşaldılacaq

Avqustun 15-dən başlayaraq Özbəkistanda karantin rejimi mərhələ-mərhələ yumşaldılmağa başlanacaq.

Bu haqda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev keçirdiyi viideoselektor müşavirəsində məlumat verib.

Dövlət başçısı deyib ki, avqustun 15-də yerli aviaxətlərin, dəmir yolunun və avtomobillərin hərəkəti tam bərpa ediləcək. Həmin gündən sanatoriyalar, pansionatlar, mehmanxanalar, muzeylər, uşaq sağlamlıq mərkəzləri, bərbərxanalar, gözəllik salonları, açıq havada kafelər də açılacaq. 30 nəfərdən çox iştirakçısı olmayan toy və digər ailə şənliklərinin keçirilməsinə də həmin tarixdən icazə verilir.

Avqustun 17-dən regionlar arasında avtomobillərin hərəkəti, metro istisna olmaqla, ictimai nəqliyyatın işləməsi də təmin olunacaq.

Avqustun 20-dən geyim və tikinti materialları bazarları, böyük mağazalar, idman salonları, fitnes klubları və hovuzlar da işləyəcək.

Mənbə:Azərtac
Son xəbərlər
Oxşar xəbərlər