24 C
Baku
Sunday, August 14, 2022

Avraam Linkoln-un saatı və saatsazların zarafatı

Prezident Avraam Linkoln özü ilə hər gün daşıdığı cib saatlarının gizli ismarıc daşıdığını bilmirdi.

1850-ci ildə vəkil Avraam Linkoln İllinois ştatı Springfild-də zərgər kimi fəaliyyət göstərən Corc Çatterton-dan gözəl cib saatı alır. Mexanizmin özü İngiltərədə, daha dəqiq desək Liverpulda hazırlanmışdı.

2

1860-cı ilin noyabr ayında Linkoln ABŞ-ın 16-cı prezidenti seçilir. 1861-ci ilin yanvar ayında Cənubi karolina İttifaqdan ayrılır, daha sonra onun ardınca daha 6 ştat da gedir. 12 aprel tarixində isə Vətəndaş müharibəsinin başlama əlaməti olan Fort Samter-də atəş səsləri eşidilir.

Bu zaman Avraam Linkoln-un saatı Vaşinqtonda təmirə təhvil verilmişdi və bu zaman saatsaz Conatan Dillon mexanizmdə bir neçə qeyd etməyə qərar verir. Bu qeydlər isə “İlk tapança atəş açdı”, “quldarlıq məhv olub”, “Allaha şükür, bizim hökumətimiz” var idi.

3

1864-cü ildə isə prezidentin saatı növbəti təmir üçün saatsaza verilir. Bu zaman saatsaz saatın mexanizmində “L.Gross” yəni öz adından əlavə, ya zarafat, ya da Konfederasiyaya dəstək üçün konfederatların prezidenti olan “Ceff Dezis”-in adını qeyd edir. Linkoln sona qədər hər gün cibində içərisində özünün əsas siyasi və hərbi rəqibinin adının qeyd olunduğu saatı gəzdirdiyini bilmədi.

Son xəbərlər
Oxşar xəbərlər