16 C
Baku
Sunday, November 3, 2024

Avrasiya İnkişaf Bankı Azərbaycan və Türkmənistanı bankın iştirakçıları sırasına dəvət edir

Avrasiya İnkişaf Bankı (EDB) Azərbaycan və Türkmənistanı bankın iştirakçıları sırasında görmək istəyini bildirib.

TASS-a istinadən xəbər verilir ki, bunu EDB-nin rəhbəri Nikolay Podquzov Asiya və Sakit Okean zonası üzrə Maliyyə İnstitutlarının İnkişafı Assosiasiyasının (ADFIAP) üzvü olan investorların konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

N. Podquzov bildirib ki, Özbəkistanın inkişaf institutunun iştirakçıları siyahısına daxil olması ilə bağlı bu ölkə ilə EDB arasında fəal danışıqlar aparılır.

Qeyd edək ki, beynəlxalq maliyyə təşkilatı olan EDB iqtisadi əlaqələri genişləndirmək və iştirakçı ölkələr olan Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın hərtərəfli inkişafını təmin etmək məqsədi ilə Avrasiya məkanında investisiya fəaliyyətini həyata keçirir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər