Avrasiya İqtisadi Birliyi (AİB) və İndoneziya Ali Avrasiya İqtisadi Şurasının iclasında azad ticarət zonası haqqında sazişlər imzalayıb.
Gözlənilir ki, saziş AİB-ə üzv dövlətlərin İndoneziyaya ixrac etdiyi malların 94%-i üzrə gömrük rüsumlarının sıfırlanmasına imkan yaradacaq.
İndoneziya ilə azad ticarət zonası üzrə danışıqlara başlamaq barədə qərar AİB ölkələri tərəfindən 2022-ci ildə qəbul edilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəflərin bu məsələ üzrə 2025-ci ilin sonunadək razılığa gələ biləcəyinə ümid etdiyini bildirib.
Bundan əvvəl ittifaq ölkələri BƏƏ ilə azad ticarət sazişləri, eləcə də Monqolustanla müvəqqəti ticarət sazişi imzalayıblar.
Hazırda AİB-in tərkibinə Qazaxıstan, Qırğızıstan, Belarus, Rusiya və Ermənistan daxildir. Belarus prezidenti Aleksandr Lukaşenko dekabrın 21-də keçirilən iclasda ittifaqın yeni tərəfdaşı — İndoneziyanı salamlayıb.








