27 C
Baku
Sunday, April 28, 2024

“Avrasiya-Kredit” BOKT mənfəət edib

“Avrasiya-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 387 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə BOKT-un mənfəəti 241 min manat olub ki, bu da illik müqayisədə 61% artım deməkdir.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Avrasiya-Kredit”in faiz gəlirləri 904 min manat (əvvəlki ilə nisbətən 27% çox), haqq və komissiya gəlirləri 165 min manat, amortizasiya xərcləri 23 min manat, inzibati xərclər 541 min manat, mənfəət vergisi ödəmələri isə 97 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “Avrasiya-Kredit”in aktivləri 3 milyon 785 min manat olub ki, bu da illik müqayisədə 17.3% çoxdur. Bunun 3 milyon 322 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 14.4% böyüyüb.

Xatırladaq ki, “Avrasiya Kredit” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. BOKT-un təsisçisi Beynəlxalq Avrasiya Mətbuat Fondudur (Qeyri-hokumət təşkilatı).

a1 a2

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər