4 C
Baku
Friday, March 29, 2024

AVRO-2020: Bakıdakı oyunlar üçün biletlər satışa çıxarılır – Qiymətlər

AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri satışa çıxarılır.

Banker.az AFFA-nın saytına istinadən xəbər verir ki, biletlər sabahdan – mayın 15-dən etibarən satışda olacaq.

Bunun üçün 6 satış məntəqəsi ayrılıb: Köşk №1 (M.Rəsulzadə 3., Bakı), Köşk №2 (Bülbül prospekti, Nizami küç., Bakı), Köşk №3 (Üzeyir Hacıbəyov küç.69x, Bakı), 1 saylı “ASAN xidmət” mərkəzi (Həsən Əliyev küç.36, Bakı), 2 saylı “ASAN xidmət” mərkəzi (Nobel prospekti 23, AMAY T.M., Bakı), 3 saylı “ASAN xidmət” mərkəzi (Abbas Mirzə Şərifzadə 157, Yasamal, Bakı).

Biletləri, eyni zamanda, http://www.iticket.az/2020 keçidi vasitəsilə də almaq mümkündür. Biletləri qiymətləri 1-ci kateqoriya – 250 AZN, 2-ci kateqoriya – 150 AZN, 3-cü kateqoriya – 60 AZN təşkil edir.

AVRO-2020-nin Bakı Olimpiya Stadionunda 4 oyunu keçiriləcək.

A qrupunda 3 matç baş tutacaq. 12 iyun, saat 17:00-da Uels – İsveçrə, 16 iyun, saat 20:00 Türkiyə – Uels, 20 iyun, saat 20:00 Türkiyə – İsveçrə görüşləri başlayacaq. 1/4 final mərhələsinin 3 iyuldakı qarşılaşması saat 20:00-da start götürəcək.

Son xəbərlər
Digər xəbərlər