AVRO-2020 günləri Azerkeşlər ekspress avtobuslardan pulsuz istifadə edəcək

AVRO-2020 Futbol üzrə Avopa Çempionatı günlərində Bakı Nəqliyyat Agentliyi  xəttə əlavə ekspres avtobuslar buraxacaq. Azerkeşlər bu marşurut xətləri vasitəsiylə Bakı Olimpiya Stadionuna pulsuz çatdırılacaq.

Banker.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, Azerkeşlərin rahat daşınması üçün 4 istiqamət üzrə ekspress xətt təşkil olunacaq ki, yerli azerkeşlər bunlardan yalnız ikisi x1 və x2 marşurut xətti ilə daşınacaqlar.

Hər iki xətt oyunun başlama vaxtından 3 saat əvvəl işə düşəcək və oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.