10 C
Baku
Thursday, December 12, 2024

Avro 2025-ci ilə qədər Aİ-nın bütün ölkələrinə tətbiq edilə bilər

Avropa İttifaqına (Aİ) daxil olan bütün ölkələrin vahid Avropa valyutasına keçid prosesi 2025-ci ilə qədər tamamlanmalıdır. Avropa Komissiyası buna ümid etsə də, ittifaqın bəzi üzv dövlətləri bununla razılaşmaya bilər.

Banker.az saytı rus mətbuatına istinadən xəbər verir ki, Fransanın Strazburq şəhərində Avro məsələləri ilə bağlı Avropa komissarı Valdis Dombrovskis və İqtisadiyyat və maliyyə məsələləri üzrə komissar Pyer Moskovis ilə Avropa Parlamentinin seçilmiş deputatları arasında qapalı görüş keçirilib. Parlament üzvlərinə Avropa komitəsi avrozonanın gələcəyinə həsr olunmuş sənəd haqqında məlumat verilib və bu görüş qapalı xarakter daşıyırdı. İştirakçılara görüş ərzində qeyd aparmaq qadağan edilsə də, Almaniyanın Frankfurter Allgemeine Zeitung nəşrinə özündə görüşdə bəhs edilən məsələləri əks etdirən protokol daxil olub. Bu protokola əsasən, Brüsseldə vahid valyutanı gücləndirməklə Aİ-nı yenidən qurmağı planlaşdırırlar.

Frankfurter Allgemeine Zeitung nəşri xəbər verir ki, Avropa komitəsi 2025-ci ilə qədər Aİ-nın bütün 27 ölkəsində vahid valyuta tətbiq etmək istəyir. Bununla yanaşı, qeyd olunur ki, Danimarka Aİ-na daxil olma razılaşmasında azvrozonaya qoşulmaqdan imtina etdiyini qeyd edib. İsveç də həmçinin avroya keçidi planlaşdırmırdı. Geri qalan Polşa, Çexiya, Macarıstan, Xorvatiya, Ruminya və Bolqarıstan avrozonaya daxil olmaq üçün lazımi kriteriyalara uyğun gəlmir.

 

Son xəbərlər
Digər xəbərlər