Avropada enerji qiymətlərinin artması və şərq qapısında gedən döyüşlər ilə vahid valyuta dəyər itirib.
Banker.az xəbər verir ki, Avronun məzənnəsi artıq bu gün 21 aylıq minimum yeniləməklə $1.1076 aşağı səviyyəsini test etdi ki, sessiya açılışından 0.3% enişdir.
FED rəhbəri Cerom Pauel ötən gün konqresdəki çıxışında faiz artımına martda gedəcəyini bildirib. Bu çıxışdan sonra dolların altı əsas valyuta səbəti qarşısında indeksi 0.2% artımla 97.62 bənd təşkil edib.
Bununla belə, artıq Polşa, Danimarka, İsveç, Macasrıstan, Çeciya, Norveç valyutaları da ABŞ dolları qarşısında ucuzlaşmaqdadırlar.