19 C
Baku
Tuesday, May 28, 2024

Avro dollara qarşı dünənki “yumşaq tonda” çıxışlardan sonra ucuzlaşır

Dünən Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcələrini gözləniləndiyi kimi 0.50 faiz bəndi artırmasından, İngiltərə Bankı isə inflyasiya ilə bağlı daha yumşaq tonda çıxışı ardından avro dollar qarşısında xeyli zəiflədi.

Banker.az xəbər verir ki, ECB martda eyni miqyasda ən azı bir daha artım edəcəyini və bundan sonra pul siyasətinin sonrakı addımını vəziyyətdən aslı olaraq dəyərləndirəcəyini deyib

İngiltərə Bnakı da dərəcələri 0.50 faiz bəndi artırdı və lazım gələrsə, onları “qüvvətlə” artırmağa davam etmək vədindən çəkindi.

Qərbdəki analitiklər düşünür ki, ECB-nin dünənki artımı az və ya çox gözləntilərə uyğun idi və İngiltərə Bankı bir az daha yumşaq tonda birjaya siqnal verdi. Belə görünür ki, hər iki mərkəzi bank inflyasiyanı “normal” səviyyə kimi görür.

Bu da o deməkdir ki, hər iki bank növbəti iclaslarda faiz artımına pauza verə bilər. Bu da öz növbəsində  ötən gün 1.1020 dollar səviyyəsinə çatan avronu həmin çıxışların ardından 1.0890 dollar səviyyəsinə qədər ucuzlaşdırdı.

Ötən gün 6 rəqib valyuta səbətinə nisbətdə dolları 0,74% bahalaşdırmaqla 101.71 bəndə qədər bahalaşdırdı.

Çərşənbə günü FED sədri Cerom Pauelin gələcək pul siyasəti ilə bağlı daha yumşaq bir ton alması kimi şərhi ardından dollar indeksi son doqquz ayın minimumu 100.80 bənd səviyyəsinə düşmüşdü.

FED indi inflyasiyanı soyutmaq üçün 2023-cü ildə də faiz artımlarına gedəcəyini zamanın tələbi kimi görür.

Amma birjalar FED-in mart ayında gözlənilən əlavə 0.25 faiz bəndi artımından sonra artımı dayandıracağına, sonra isə ilin ikinci yarısında dərəcələri aşağı salacağına dair ehtimal yaradıb.

Cütlük Məzənnə Bağlanış İlin əvvəlindən dəyişmə
Euro/Dollar $1.0913 $1.0991 +1.86%
Dollar/Yen 128.5600 128.8500 -2.11%
Euro/Yen 140.31 141.67 +0.01%
Dollar/Swiss 0.9125 0.9084 -1.26%
Sterling/Dollar 1.2240 1.2375 +1.21%
Dollar/Canadian 1.3320 1.3290 -1.68%
Aussie/Dollar 0.7081 0.7137 +3.87%
NZ Dollar/Dollar 0.6484 0.6507 +2.09%

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər