8 C
Baku
Sunday, November 17, 2024

Avro manata qarşı ucuzlaşaraq son 6 ilin minimumuna düşdü

Azərbaycanda avro/manat cütlüyünün məzənnəsi gün ərzində 1.8% ucuzlaşaraq 1.7419 səviyyəsinə düşüb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 6 iyul 2022-ci il tarixinə olan rəsmi məzənnəsinə istinad edir.

Bu da 2016-cı ilin 27 iyulundan bu tərəfə minimal səviyyəyədir.

Avro ötən gün resessiya və ABŞ FED-nin sərt faiz artımlarına cavab olaraq Avropa Mərkəzi Bankının adekvat addımı ata bilməyəcəyi qorxusu ilə ucuzlaşaraq 2002-ci ilin dekabrından bu tərəfə ilk dəfə 1.0250 səviyyəsinə qədər azaldı.

Azərbaycanda avronun rəsmi məzənnəsi ən yuxarı həddi isə 2018-ci ilin 13 fevralında 2.1335 səviyyəsinə qədər bahalaşmışdı.

Bu məzənnədən sonra yerli banklar 1 avronu 1.69 manata alır və 1.77 manat ətrafında satırlar.

 

234234234234234
Mənbə: Azərbaycan Mərkəzi Bankı
Son xəbərlər
Digər xəbərlər