Avropa Mərkəzi Bankının (ECB) verdiyi radikal qərarlardan sonra dollar qarşısında dəyərini itirməyə başlayan avro yenidən möhkmələnməyə başlayıb.Məlumata görə, Avropa Mərkəzi Bankının uçot dərəcəsini azaltmasından sonra avronun dollar qarşısında məzənnəsi 1.08-1.09 dollara qədər enmişdisə, artıq 1.11-ə bərabərdir, yəni avro yenidən möhkəmlənməyə başlayıb.
Avropanın vahid valyutasının bahalaşmasının yalnız dollara qarşı deyil, bütün valyutalara münasibətdə baş verməsi müşahidə olunur. Bu təsirin Azərbaycanda da hiss edilə biləcəyini deyən mütəxəssislər bildirir ki, artım əhəmiyyətli olmaycaq.
Dünya bazarlarında avronun bahalaşmasını isə bir sıra yerli sahibkarlar təşviş içində qarşılayırlar. İqtisadçılar isə qeyd edirlər ki, bu il avronun nəzərə çarpacaq bahalaşması gözlənilmir.
Xatırladaq ki, Avropa Mərkəzi Bankı son toplantısında uçot dərəcəsini aşağı salıb, eyni zamanda aylıq monetar ekspansiyanı 60 milyard avrodan, 80 milyard avroya qədər artırıb. Bu qərarın məqsədi Avrozonada iqtisadi aktivliyi, eyni zamanda ixracı artırmaqdır
ANS-Press