17 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Avro/manat məzənnəsinin artımına əsas səbəb nədir? – şərh

Screen Shot 2021 09 02 at 14.34.20

Son 2 ildə ilk dəfə olaraq dünya bazarında Avrozonanın vahid valyutası ABŞ dollarına qarşı bahalaşması müşahidə edilir. Bu bu bahalaşmanı analitiklər müvəqqəti olacağı qənaətində olsalar da hələ ki, artım davam edir. Hazırda bu cütlüyün məzənnəsi 1,18-dək yüksəlib. 2017-ci ilin aprel ayından sonra avro ABŞ puluna nisbətən 11 faizə yaxın bahalaşıb.

İqtisadçı-eksper Vüqar Bayramov bildiri ki, avropa pulunun bahalaşması avrozona ölkələrinin iqtisadi gösətiricilərinin yaxşılaşması və eləcə də ABŞ ixracatını artırmağa çalışan Ağ Evin dolların ucuzlaşmasını hədəfləməsi ilə bağlıdır.

“Dollar yalnız avroya nisbətən deyil, digər əksər aparıcı valyutalara nisbətən də dəyər itirməkdədir. Bu ilin ikinci rübü İspaniya daxil olmaqla əksər avrozona dövlətləri üçün nikbin sonluqlarla yekunlaşıb. 0.9 faizlik artım ilə İspaniya böhrandan əvvəlki vəziyyətinə qayıtmaqdadır. Fransadakı son prezident seçkilərindən sonra Avropa Birliyi daha möhkəm təsir bağışlayır ki, bu da avronun xeyirinə işləyən faktorlardandır. Bu həftə Avrozonada infilyasiya daxil olmaqla bir neçə əsas göstəricilər elan ediləcək.

Əgər bu göstəricilər də birlik iqtisadiyyatına pozitv notlar əlavə edəcəkəsə o zaman avronun möhkəmlənməsi davam edə bilər. Bu arada manat da avroya nisbətən ucuzlaşmaqda davam edir. Əgər aprel ayında Mərkəzi Bankın rəsmi məzənnəsi ilə 1 avro almaq üçün 1.80 qəpik ödəmək lazım idisə indi 1 Avro pulu üçün 2 manadan çox pul ödəmək lazımdır. Bu isə o deməkdir ki, son 4 ayda manat avroya nisbətən 10 faiz ucuzlaşıb.” – deyə iqtisadçı bildirib.

EUR/AZN məzənnəsindəki artımı normal sayılmalıdır: “ABŞ puluna nisbətən stabillik nümayiş etdirən milli valyutamızın Avropa pulu qarşısında ucuzlaşması təbii ki, avronun dollara nisbətən möhkəmlənməsi ilə bağlıdır. Belə ki, manatın dollara nisbətən birbaşa, digər valyutalar ilə çarpaz məzənnəsi müəyyənləşdiyi üçün qlobal valyuta bazarında baş verənlər milli valyutamızn başqa dönərli pullar ilə kursuna birbaşa təsir göstərir. Bu isə o deməkdir ki, əvvəllər də qeyd etdiyimiz kimi, yığımın bir valyutada deyil, valyuta səbəti formasında ən azı 3 valyutada aparılmaslna ehtiyac var.”

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər