29 C
Baku
Thursday, May 30, 2024

Avronest Ermənistanın daha 7 qətnaməsini rədd edib

Avronest Parlament Assambleyasının Moldovanın paytaxtı Kişineu şəhərində keçirilən 10-cu sessiyası başa çatıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, sessiyada Milli Məclisi parlamentin komitə sədri Tahir Mirkişilinin rəhbərliyi ilə 6 deputat təmsil edib.

10-cu sessiyanın yekun sənədinə Ermənistan nümayəndə heyəti tərəfindən dəyişikliklər təklif olunub. Dəyişikliklər “Laçın dəhlizinin açılması”, “Dağlıq Qarabağın blokadadan çıxarılması”, “Azərbaycan Ordusunun Ermənistan ərazisindən çıxarılması”, “ATƏT Minsk qrupunun aktivləşdirilməsi” kimi çağırışları əhatə edib.

Azərbaycan nümayəndə heyəti üzvlərinin həm ikitərəfli görüşlərdə göstərdikləri səylər, həm də komitə və plenar iclaslardakı çıxışlarda gətirdikləri arqumentlər nəticəsində Ermənistan nümayəndə heyətinin bütün layihələri Assambleya nümayəndələri tərəfindən rədd edilib. Ümumilikdə, Laçın-Xankəndi yolu ilə bağlı Ermənistanın 7 qətnaməsi rədd edilib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər