10 C
Baku
Sunday, December 22, 2024

Avronun başı üzərinini qara buludlar alır – Analitiklər düşünür ki, paritet təhlükəsi geri qaydıb

BANKER.AZ — Avro/dolların pariteti söz-söhbəti Trampın tarifləri və ECB-nin faiz endirimləri ilə bağlı söhbətlər fonunda qayıdır. Bir neçə nüfuzlu təşkilatdan olan ekspertlər xəbərdarlıq edir ki, sərt ABŞ tarifləri EUR/USD məzənnəsini 1-ə endirə bilər. Avronun zəifləməsindən qoruyan opsionlara tələbat artıb.

Bir neçə gün sonra Donald Tramp ABŞ-ın tariflərinin Avropa, Çin və digər ölkələrə qarşı yönələ biləcəyini təklif etdikdən sonra, Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard xəbərdarlıq edib.

Xanım Laqard hər hansı maneələr blokun çətinlik çəkən iqtisadiyyatı üçün “pisləşmə riski” yaradacağına işarə edib.

O, cümə axşamı ardıcıl olaraq ikinci dəfə faiz dərəcəsini endirdi və gələcəkdə daha da aqressiv endirimlərin olacağı ehtimallarını artırdı.

Bloomberg bu gün yazır ki, bu kombinasiyalar avronun ucuzlaşmasına səbəb olub və onu ABŞ dollarına qarşı üçüncü ardıcıl həftəlik itkiyə və bu il funt-sterlinqə qarşı ən böyük həftəlik enişinə aparıb çatdırıb.

“Əgər Tramp qalib gəlsə və tarifləri qəti şəkildə tətbiq etsə, avro/dollar pariteti (1 avro=1 dollar) şübhəsiz mümkündür” – deyə, “Pictet Wealth Management”in baş valyuta strateqi Maykl Hart bildirib.

“Pictet və Deutsche Bank AG” bir avronun bir dollara bərabər olacağı ssenarisini artıq qeyri-real hesab etmirlər, “JP Morgan Private Bank” və “ING Groep NV” isə hesab edir ki, iqtisadi blokun vahid valyutası ilin sonuna qədər bu səviyyəyə enə bilər.

Agentlik bildirir ki, bazarlarda əhvalın pisləşməsi opsion bazarında da hiss olunur, burada treyderlər vahid valyutaya qarşı enişə daha çox mərc edirlər.

Növbəti ay üçün riskin dəyişmə göstəricisi – yəni valyutanın artımından qazanan opsionları almağın dəyəri, zəifləməsinə yönələnlərə nisbətən nə qədər baha başa gəldiyini göstərən indeks – avro/dollar cütlüyündə son üç ayın ən neqativ göstəricisi olub ki, bu da avronun ucuzlaşmasına dair mərc (bet) etmək istəklərini göstərir.

“Depository Trust & Clearing Corporation”un məlumatına görə, qısa müddətdə zəif avrodan müdafiə variantları $1.08–$1.07 səviyyəsinə eniş üzərində cəmlənib. $1.05 səviyyəsinə enişə qarşı müdafiəyə maraq artır, baxmayaraq ki, paritet ticarəti hələlik ümumi həcmin kiçik bir hissəsini təşkil edir.

“Avropa xarici siyasət dəyişikliyinə həssas olduğundan və Trampın geniş tariflər tətbiq edəcəyi perspektivindən dolayı biz avroya qarşı dollar üzrə uzun mövqeyi (long position) bəyənirik” – deyə, “Wells Fargo” strateqi Arup Çatterci bildirib.

Çin yuanı, Meksika pesosu və Yaponiya yenası adətən ABŞ-ın yeni ticarət məhdudiyyətlərinə qarşı əsas hədəflər kimi qəbul edilir, lakin zəif Avropa iqtisadiyyatı avronu həssas edir. ABŞ tarifləri qlobal ticarəti məhdudlaşdıra bilər, elə bir vaxtda ki, artım yavaşlayır və mərkəzi banklar faiz dərəcələrini azaldırlar.

1x 1 3

“Avropa Mərkəzi Bankının aqressiv pul siyasətinin yumşaldılması gözləntiləri digər risk faktorları ilə birlikdə 2025-ci ildə avronun paritetə qayıdacağı barədə danışıqları gücləndirir – bazarlar hazırda bu ssenarini böyük ölçüdə görməzdən gəlirlər” – deyə, “Macro Markets & Squawk”nin Londonda olan əməkdaşı Nur Əl Əli bildirib.

Pul bazarları il ərzində son iclasda ECB-nin faiz dərəcəsini 50 baza (0.5 faiz) bəndi azaldacağına 20%-lik ehtimal verirlər və hər iclasda aprelə qədər 25 baza bənd azalma ehtimalı demək olar ki, tam qiymətləndirilib. Cümə günü səhər avro dollara nisbətdə $1.0843 səviyyəsində dəyişməz qalıb və üçüncü həftəlik itkiyə, iyundan bəri ən uzun ardıcıl itki zolağına hazırlaşır.

“Trampın qələbəsi və tarif müharibəsi Avropa Mərkəzi Bankını zəif valyutanı saxlamaq və rəqabət qabiliyyətini qorumaq üçün əlavə tədbirlər görməyə vadar edə bilər” – deyə, “RBC BlueBay Asset Management”də baş portfel meneceri Kaspar Hense bildirib.

Bu həftənin əvvəlində Bloomberg-ə müsahibəsində Tramp tarifləri “lüğətdəki ən gözəl söz” adlandırıb. Avropa ilə bağlı əlavə edib: “Bilirsiniz nə çətindir? Avropa İttifaqı. Onlar bizə o qədər pis yanaşırlar ki, bizdə kəsir var”.

Seçkilərin nəticələri hələ də qəti deyil, lakin “Deutsche Bank”ın valyuta araşdırmaları rəhbəri Corc Saravelos deyir ki, Çinlə qlobal ticarət müharibəsi ECB-ni bazarların hazırda düşündüyündən daha aqressiv faiz dərəcələrini azaltmağa məcbur edəcək.

“Bu, faiz fərqlərinin tarixi maksimumlara çatmasına və avro/dollar valyuta cütlüyünün təxminən 1.00 səviyyəsinə enməsinə səbəb olacaq”, – deyə o, bu ayın əvvəlində yazıb.

Son xəbərlər
Digər xəbərlər