27 C
Baku
Wednesday, July 23, 2025

Avronun dollara nəzərən məzənnəsi son iki ilin rekord səviyyəsinə çatıb

Banker.az xəbər verir ki, çərşənbə axşamı günü Londonda 9:00-da avronun məzənnəsi 0,6% artıb və 1,2045 dollara çatıb. İndi valyuta 2015-ci ilin yanvar ayından bu yana ilk dəfə 1,2 dollar psixoloji səviyyədən yuxarı təklif edilib.

Bununla da, Avropa valyutası analitiklərin ilin əvvəlində onun zəifliyi ilə bağlı proqnozları doğrultmayıb. Bu zaman hətta bəziləri dollar ilə paritet proqnoz etmişdi.

Avro Şimali Koreya hərbçilərinin Yaponiya üzərindən uçaraq Sakit okeana düşən ballistik raketin atılmasından bir qədər sonra son iki ilin maksimum həddinə qədər yüksəlib. Analitiklər amerikan valyutasının enişini ABŞ-ın Kim Çen İn-in raket sınaqlarını dayandırmağa vadar etməyə nail olmaq məsələsində gücsüzlüyü ilə əlaqələndirir.

Ekspertlər həmçinin qeyd edir ki, avronun məzənnəsi Avropa Mərkəzi bankı rəhbərliyinin iclası ərəfəsində yüksəlir. Qeyd edək ki, bu iclas zamanı pul-kredit siyasətinin sərtləşdirilməsi barədə qərar qəbul edilə bilər.

Son xəbərlər
Digər xəbərlər