13 C
Baku
Saturday, November 16, 2024

Avronun tətbiqindən ən çox qazanan ölkə Almaniyadı

Avropanın 1999-cu ildən vahid valyutası olan avronu tətbiq edən 19 ölkə arasında bu pul vahidindən ən çox qazanan Almaniya olub.

 Bunu Freiburq şəhərində yerləşən Avropa Siyasət Mərkəzi (CEP) adlı müstəqil təşkilatın apardığı araşdırmalar ortaya çıxarıb. Belə ki, avronun tətbiq edildiyi gündən 2017-ci ilədək Almaniya 1893 milyard avro, yaxud adambaşına 23.116 avro məbləğində iqtisadi qazanc əldə edib.

Avrodan ən çox xeyir götürən ölkələrin reytinqində ikinci yer tutan Niderland sözügedən müddət ərzində 346milyard avro, yəni adambaşına 21.003 avro, üçüncü yerdəki Yunanıstan isə 2 milyard avro, adambaşına 190 avro qazanıb.

Qeyd edək ki, araşdırma 19 ölkədən cəmi 8-nə şamil olunub, bunlardan adıçəkilən 3-ü üçün avro tətbiqi müsbət nəticələr gətirib. CEP ekspertləri bunu məhz həmin üç ölkənin hamıdan əvvəl avronu tətbiq etdiklərilə əsaslandırıblar.

Avronun tətbiqindən daha çox zərər görən ölkələr isə İtaliya (4.325 milyard avro, adambaşına 73.605 avro), Fransa(3.591 milyard avro, adambaşına 55.996 avro), Portuqaliya (424 milyard avro, adambaşına 40.604 avro) olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər