2 C
Baku
Saturday, December 14, 2024

Avropa Ərdoğanın təhdidlərinə sərt reaksiya verib

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Türkiyənin Suriyadakı əməliyyatlarına sərt reaksiya verib.

Banker.az xəbər verir ki, onun sözlərinə görə. Türkiyənin Suriyanın şimalında “təhlükəsizlik zonası” nı yaratmaq cəhdini Avropa ölkələri ödəməyəcək.

Xatırladaq ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Suriyadakı əməliyyatları işğal adlandırıldığı təqdirdə qaçqınlar üçün sərhədləri açacağını söyləmişdir.

“Brüssel həmişə yalan danışıb və heç vaxt səmimi olmayıb”, – deyə prezident vurğulayır. Qeyd edək ki, bu günə qədər Türkiyə 3,5 milyon suriyalı qaçqın qəbul edib.

“Kürdüstan Fəhlə Partiyası” ilə üz-üzə gəlməyən ölkələr bizə deyirlər: çəkilin! Aİ, özünə gəl!”, – Türkiyə lideri əlavə edir.

Xatırladaq ki, Donald Tramp hərbi əməliyyatlarda kürdlərə kömək etməyəcəyini bildirib. Bunun əsas səbəbi kimi prezident onların İkinci Dünya müharibəsi zamanı müttəfiqlərə dəstək olmadıqlarını göstərir.

Daha əvvəl ABŞ Suriya Ərəb Respublikasında kürdlərə dəstək olub, 2014-cü ildə “İslam Respublikası” ilə mübarizə aparmaqda vasitəçilik edib. Prezidentin amerikan qoşunlarını Suriyadan çıxarmaq qərarını kürdlər xəyanət kimi qiymətləndiriblər.

“Kürdlər öz torpaqları uğrunda mübarizə aparırlar. Onlar bizə nə İkinci Dünya müharibəsində, nə də Normandiyadakı döyüşlərdə kömək ediblər. Onlar yalnız öz torpaqları uğurunda gedən mübarizədə bizə dəstək olublar və bu artıq tamamilə başqa bir hekayədir”, – Tramp Ağ Evdə çıxışında bildirib.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bildirir ki, türk hərbiçilərinin əməliyyatlara başlamaqdan başqa çıxış yolları yoxdur. “Birinci ABŞ dedi: gözləyin, biz qoşunlarımızı geri çəkəcəyik. Biz gözlədik. Daha sonra biz onlarla əməkdaşlıq etməyə razılaşdıq. Bununla yanaşı, ABŞ YPG-yə silah satmağa davam edirdi. Biz çox səbir etdik və nəhayət, səbrimiz tükəndi”, – diplomat bildirib.

Mevlüt Çavuşoğlu qeyd edir ki, ABŞ türk aviasiyasına bu əməliyyatlarda iştirak etməyi qadağan edə bilməz.

 

 

Son xəbərlər
Digər xəbərlər