Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) yeni prezidenti müəyyənləşib.
Rusiyanın paytaxtı Moskvada keçirilən konqresdə bu vəzifəyə türkiyəli Hakan Akkuş seçilib.
Koronavirus pandemiyası ilə əlaqədar bəzi nümayəndələr tədbirə qatılmadığından səsvermə qarışıq formatda təşkil olunub. İştirakçılar kağız bülletenlər vasitəsilə, koqresə qatıla bilməyənlər isə onlayn formada səs veriblər.
Qeyd edək ki, Hakan Akkuşdan başqa, EWF prezidentliyinə daha 2 namizəd var idi. Bunlardan biri qurumun İcraiyyə Komitəsinin üzvü Antoni Konflitti (Moldova), digəri isə Rusiya Ağırlıqqaldırma Federasiyasının prezidenti Maksim Aqapitov (Rusiya) idi. Sonradan Aqapitov namizədliyini geri götürüb.