24 C
Baku
Thursday, September 29, 2022

Avropa anbarlardakı qazın 90%-dən çoxunu xərcləyib

Avropa anbarlardakı qazın 90%-dən çoxunu xərcləyib. Ümumilikdə, anbarlarda qazın həcmi fevralın 12-nə 2021-ci il səviyyəsindən 22.9% (9.9 milyard kubmetr) aşağı olub. Bu, həm də bu tarix üçün tarixi minimumdan 1 milyard kubmetr aşağıdır.

Banker.az xəbər verir ki, Ukrayna da Avropa tendensiyasını izləyir. Vurğulanır ki, ölkənin qaz ehtiyatları fevralın 12-nə olan məlumata görə, 2021-ci illə müqayisədə 45.8% (9.1 milyard kubmetr) az olmaqla 10.8 milyard kubmetr təşkil edib.

Avropanın qaz ehtiyatları fevralın 3-ündə demək olar ki, tükənib. Sonra yay mövsümündə ora vurulan yanacağın 84.7%-i (40.5 milyard kubmetr) yeraltı anbarlardan götürülüb. Avropada anbarların doluluq səviyyəsi 36.7% təşkil edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Avropa Rusiya ilə uzunmüddətli müqavilələrdən imtina etməsi səbəbindən baha qiymətə qaz almağa məcburdur.

Son xəbərlər
Oxşar xəbərlər