10 C
Baku
Saturday, November 23, 2024

Avropa anbarlarında qaz ehtiyatı 95 milyard kubmetri ötüb

Avropanın maksimum tutumu təxminən 108 milyard kubmetr olan yeraltı qaz anbarlarda mavi yanacaq ehtiyatları 95 milyard kubmetri ötüb.

Bu barədə “Gas Infrastructure Europe” assosiasiyasının məlumatında deyilir.

Sentyabrın 28-nə olan məlumata görə, Avropa anbarlarında qaz ehtiyatları 88.25 faizə qədər yüksəlib ki, bu da son beş ildə analoji dövr üçün orta göstəricidən 2.08 faiz çoxdur. Hazırda maksimal tutumu 107.7 milyard kubmetrə çatan yeraltı anbarlara 95.1 milyard kubmetr qaz vurulub.

Bundan öncə Avropa İttifaqı ölkələri qarşıdakı qış mövsümünə qədər qaz anbarlarını ən azı 80 faiz, sonrakı bütün qış mövsümləri üçün isə 90 faizədək doldurmağı öhdələrinə götürmüşdülər.

Portuqaliyada qaz anbarları 100 faiz doldurulub. Polşada bu göstərici 98.08 faiz, Fransada 96.68 faiz, Danimarkada 94.99 faiz, İsveçdə 92.93 faiz, Belçikada 91.55 faiz, Almaniyada 91.28 faiz, Niderlandda 90.66 faiz, İtaliyada 90.25 faiz, İspaniyada 89.74 faiz, Slovakiyada 87.14 faiz, Çexiyada isə 85.7 faizdir. Ən aşağı göstəriciyə malik beş Avropa ölkəsinə isə Rumıniya (84.99 faiz), Avstriya (78.51 faiz), Bolqarıstan (74.45 faiz), Macarıstan (72.91 faiz) və Latviya (52.79 faiz) aiddir.

Avropanın qaz anbarları hazırda yüksək qiymətlər hesabına doldurulur. Bu, əsasən maye qaz alınması və Rusiyadan alternativ boru kəmərləri ilə tədarük hesabına həyata keçirilir. Sentyabrın əvvəlindən bəri mavi yanacağın orta qiyməti 2 min 100 dollar ətrafında dəyişir.

Bununla yanaşı, qaz tədarükünü artırmaq üçün mövcud olan əsas imkanların sıradan çıxması da Avropanı çətin vəziyyətə salıb. Sentyabrın 26-da “Şimal axını-1” və “Şimal axını-2” kəmərlərində baş verən partlayış nəticəsində dağılan boruların nə vaxt bərpa olunacağı bilinmir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər