11 C
Baku
Saturday, November 16, 2024

Avropa anbarlarında qaz ehtiyatları 86%-i ötüb

Avropanın yeraltı qaz anbarlarında mavi yanacaq ehtiyatlarının həcmi 86 faizi ötüb.

Gas Infrastructure Europe assosiasiyasının məlumatına görə, avqustun 5-də Avropa İttifaqı ölkələrində anbarlardan qaz götürülməsi 27 milyon kubmetr, qaz doldurulması isə 274 milyon kubmetr təşkil edib. Hazırda Avropanın yeraltı anbarlarında 94,9 milyard kubmetr (86,29 faiz) qaz var ki, bu da son beş ilin analoji dövrünün orta göstəricisindən 8,8 faiz çoxdur.

İyul ayında Avropanın elektrik enerjisi istehsalında külək generasiyasının payı 2023-cü ilin ortalarından bəri minimum həddə düşərək 11,56 faiz olub.

Hazırda London ICE birjasında min kubmetr qazın qiyməti təxminən 412 dollardır.

Rusiyanın “Qazprom” kompaniyası Avropaya sutkada 39,4 milyon kubmetr qaz tədarük edir. Müharibəyə baxmayaraq, həmin qaz Ukrayna ərazisindən tranzitlə “köhnə qitə”yə çatdırılır. Bu xətt “Şimal axını” qaz kəmərinin sıradan çıxmasından sonra Rusiya qazının Qərbi və Mərkəzi Avropa ölkələrinə tədarükü üçün yeganə marşrut olaraq qalır.

Həmçinin iyun ayında terminallardan Avropanın qazötürmə sisteminə maye qaz vurulması 2021-ci ilin noyabrından bəri ən aşağı səviyyəyə – maksimum gücün 30 faizinə enib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər