8 C
Baku
Tuesday, March 19, 2024

Avropa aviaşirkətlərinin səhmləri “Lufthansa” şirkətinin proqnozlarına görə çökdü

“Air France LKM” şirkətinin qiymətli kağızları 4,27%, “EasyJet”-in qiymətli kağızları 4,37%, “Ryanair”-ın kotirovkaları isə 4,62% ucuzlaşıb. 

Banker.az xəbər verir ki, dünənki hərracların nəticələrinə görə “Deutsche Lufthansa AG” şirkətinin səhmləri 11,6% ucuzlaşaraq, Stoxx Europe 600 indeksinin komponentləri arasında ən böyük azalma göstərib.

Agentliyin verdiyi məlumata görə, “Lufthansa” 2019-cu il proqnozunu azaldıb, bunun əsas səbəbi kimi Avropada aviaşirkətlər arasında gedən sərt rəqabət göstərilir.

“Lufthansa” nın yeni proqnozuna əsasən, EBIT marjası 5,5% ilə 6,5% diapazonunda olacaq. Daha əvvəl bu rəqəm 6,5-8.0% səviyyəsində proqnozlaşdırılmışdır. Proqnoz eyni zamanda yanacaq xərclərinin 559 milyon avroya qədər artmasını nəzərdə tutur.

 

Son xəbərlər
Digər xəbərlər