2023-cü ilin aprelində Avropanın Azərbaycan qazının idxalına xərcləri təxminən 490 milyon avroya çatıb.
2023-cü ilin aprel ayında Azərbaycan Avropaya 1,047 milyard kubmetr təbii qaz tədarük edib, ixracdan 488 milyon 241 min 329 avro gəlir əldə edib.
Azərbaycanın Energetika Nazirliyi bildirir ki, 2023-cü ilin yanvar-aprel ayları ərzində ölkə Avropaya ümumilikdə 3,9 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da qaz ixracının illik müqayisədə 10,5 faiz artdığını göstərir.
Bu dövrdə Azərbaycan Türkiyəyə 3,4 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edib. Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 1,9 milyard kubmetr qaz nəql edilib.
Qeyd edək ki, Azərbaycan TAP vasitəsilə Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başlayıb. Boru kəmərinin ilkin buraxılış gücü ildə 10 milyard kubmetr təşkil edir.