21 C
Baku
Friday, October 7, 2022

Avropa Bankı Azərbaycanın market şəbəkəsinə böyük məbləğdə kredit ayırdı -Səbəb

 Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, EBRD) və Almaniyanın İnkişaf Təşkilatı (DEG) Azərbaycanın “Araz” supermarketlər şəbəkəsinə anbar əməliyyatlarını yaxşılaşdırması üçün 10 milyon dollar (17 milyon manat) kredit ayırır.

AYİB və DEG hər biri 5 milyon dollar ayıracaqlar.

Alınan borc hesabına şəbəkənin anbarı standartlara uyğun genişləndiriləcək. Həmçinin, BREEAM-Good və LEED-Silver sertifikatlarının alınması məqsədi güdülür. 

 

 

Son xəbərlər
Oxşar xəbərlər