24 C
Baku
Sunday, September 1, 2024

Avropa bankları dollar qıtlığı problemi ilə üzləşiblər – Borc rekord səviyyədə

Dollar likvidliyi azalır, bu da onun möhkəmlənməsinə gətirib çıxarır, habelə dollar qıtlığı ilə üzləşən banklar üçün bir sıra problemlər yaradır.

Banker.az xəbər verir ki, bunun səbəblərindən biri ABŞ-ın genişmiqyaslı borc proqramıdır. Üçüncü rüb ərzində ABŞ-ın Maliyyə Nazirliyi 434 milyard dollar borc almağı planlaşdırır. Bu həcmi yalnız 2008-2009-cu illərdəki böhranla müqayisə etmək olar. Başqa sözlə desək, borc rekord səviyyəyə çatıb.

Bunun fonunda Avropada dollar likvidliyinin böhranı başlayır.

bohranAvropa Mərkəzi Bankı mütəmadi olaraq banklara dollar verir, lakin ötən həftə ABŞ valyutasına tələb kəskin şəkildə artaraq 1 milyard dollara çatmışdır. Bu ötən ilin sonundan bəri ən yüksək göstəricidir.

Məlum olmuşdur ki, dollar qıtlığı problemi üç bankda yaşanıb. Əslində, buna likvidlik böhranı da demək olar.

Hal-hazırkı vəziyyət Forex valyuta bazarını əks etdirir. Avro/dollar cütlüyü 1,10 səviyyəsindən aşağı düşüb və bu, 2017-ci ildən bəri ən aşağı göstəricidir.

gostericiDeyəsən, bu tendensiya davam edəcək və yaxın zamanda 1,06-1,08 səviyyələri görəcəyik. Çox güman ki, bununla bağlı olaraq yaranacaq çaxnaşmanın şahidi olacağıq.

 

Son xəbərlər
Digər xəbərlər