12 C
Baku
Tuesday, November 19, 2024

Avropa bankları Rusiyadan SWIFT ödənişlərini qəbul etməyi kütləvi şəkildə dayandırıb

Rusiyaya qarşı daha sərt sanksiyalar fonunda Avropa bankları Rusiya banklarından SWIFT köçürmələrini qəbul etməyi kütləvi şəkildə dayandırıb.

Bu barədə “İzvestiya” kredit təşkilatlarına istinadən yazıb.

Belə ki, S-BANK Ukraynada müharibə başlayandan bu cür əməliyyatların qarşısını almağa başlayıb, LHV Bank isə Rusiyadan sonuncu ödənişi bu il avqustun sonunda edib.

Nəşr qeyd edib ki, indi Rusiya vətəndaşları Avropa banklarına SWIFT köçürmələrini göndərə bilməməkdən kütləvi şəkildə şikayət etməyə başlayıblar.

Vəsaitlər bank tərəfindən yenidən hesaba qaytarılır. Üstəlik, bu, iki gündən 26 günə qədər çəkə bilər. Həmçinin müştəridən komissiya tutulur. Məlumata görə, bəzən pullar sadəcə olaraq “yoxa çıxır”.

Son xəbərlər
Digər xəbərlər