Avropa bankları “Visa” və “Mastercard”a rəqib yaratmaq üçün €30 mln. topladılar

Avropanın 30-dan çox bankı Amerika xidmətlərini sıxışdıra biləcək yeni ödəmə nəhəngi yaratmaq üçün 30 milyon avro maliyyə toplayıb.

Banker.az bu barədə “Forbess.ru”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, yeni xidmət mağazalarda ödəniş etməyə, pulköçürmə əməliyyatlarını həyata keçirməyə və bankomatlardan nağd pul çəkməyə imkan verəcək.

“İdeyanın mahiyyəti “PayPal”, “Mastercard”, “Visa”, “Google” və “Apple” ilə rəqabət edə biləcək ödəniş sistemi yaratmaqdan ibarətdir”,  – deyə Avropa Ödəmələr Təşəbbüsünün (EPI) rəhbəri Joachim Schmalzi söyləyir.

Xidməti inkişaf etdirən şirkətlər arasında “Deutsche Bank”, “BNP Paribas”, “ING”, “UniCredit” və “Santander” əsas yer tutur. Onlayn pulköçürmələri daxil olmaqla, xidmətin ilk funksiyaları 2022-ci ilin əvvəlində istifadəyə veriləcək. Həmin ilin ikinci yarısında ödəmə sisteminin funksionallığı genişləndiriləcək.

Qeyd edək ki, Avropada kartla ödəmələr əsasən ABŞ-dakı şirkətlər tərəfindən işlənir: “EuroCommerce” birliyinə görə, Avropadakı beş əməliyyatdan dördü “Mastercard” və “Visa” tərəfindən emal olunur.  Schamlzinin sözlərinə görə, bu cür üstünlük istehlakçı və satıcılara zərər verə bilər. “Biz “oliqopoliyaya” alternativ təklif irəli sürmək və Avropadakı treyderlərə və istehlakçılara seçim vermək istəyirik”, – deyə o bildirir. Onun sözlərinə görə, Avropa təkbaşına amerikan ödəmə xidmətləri ilə rəqabət edə bilməz.

Brüsseldən olan EPI qrupu layihə üzərində doqquz ay əvvəl başlayıb. Xidmətin fəaliyyət planı sentyabr ayına qədər hazırlanacaq, bundan sonra investorlar əlavə maliyyə cəlb edəcək və onun gələcək inkişafına investisiya qoymağa hazır olub-olmadığına qərar verəcək.

Ötən yay layihə Avropa Mərkəzi Bankı tərəfindən dəstəklənib. “On Avropa ölkəsində hələ də AB-nin digər üzv ölkələrinin kartlarını qəbul etməyən milli ödəmə sistemləri mövcuddur. Eyni zamanda mobil cüzdan kimi yenilikçi xidmətlərin sayı artmaqdadır”, – deyə Avropa Mərkəzi Bankı qeyd edib.

Tənzimləyici EPI-nin Avropa maliyyə xidmətlərinin “parçalanması” problemini aradan qaldıra biləcəyinə inanır. Bununla yanaşı, ayrı-ayrı ödəmə xidmətləri bir neçə tapşırığı yerinə yetirdikləri təqdirdə Avropada işləyə biləcəklər: ümumavropa əhatə dairəsi, müştərilər üçün rahatlıq, iqtisadi səmərəlik, təhlükəsizlik və qloballıq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.