Draqinin açıqlamasından sonra, qısa vaxt ərzində Avropa fond birjaları tənəzzül edib.
İqtisadiyyatı stimullaşdırmaq məqsədilə Avropa Mərkəzi Bankının(ECB) təqdim etdiyi tədbirlər paketi Avropa qiymətli kağız bazarlarına “ildırım sürəti ilə” təsir göstərib. Məlumatına görə, ECB-nin rəhbəri Mario Draqinin açıqlamasından sonra, qısa vaxt ərzində Avropa fond birjaları tənəzzül edib.
Frankfurt fond birjasında əsas indekslər ticarət sessiyasının sonuna 2.3 faiz aşağı düşüb, Paris birjası 1.7 faiz geriləyib. London fond birjasının Futsi 100 indeksi isə 1.8 faiz aşağı düşüb. Valyuta bazarlarında Avro əvvəl dollara nisbətdə 1.6 faiz dəyərini itirərək 1.08 dollara dəyişdirilsə də, ticarət sessiyasının sonun 1.12 dollara qalxıb.
Bu, Avropa valyutasının tarixində bir gün ərzində qeydə alınan ən kəskin enib-qalxmalardan olub. Avropa Mərkəzi bankı ötən gün uçot dərəcəsini 0.05 faizdən, 0 faizə endirib, bank depozit faizini isə mənfi 0.3 faizdən mənfi 0.4 faizə qaldırıb. Avropa Mərkəzi Bankı eyni zamanda “kəmiyyətli asanlaşdırma” – yəni uçot dərəcəsinin sıfıra endirilməsindən sonra kommersiya banklarının nağd qalıqlarının dəyişdirilməsi yolu ilə aparılan iqtisadi stimullaşdırma proqramını genişləndirməyə qərar verib. Proqramın maliyyələşməsi aya 60 milyard avrodan 80 milyard avroya qaldırılıb.
ANS-Press