Çinin ən aparıcı smartfon istehsalçılarından olan “Oppo” şirkəti Böyük Britaniyada rəsmi nümayəndəlik açıb.
Banker.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, eyni zamanda “Oppo” “Twitter” sosial şəbəkəsində rəsmi hesab da yaradılıb.
Qeyd olunur ki, 31 yanvarda “Oppo” Polşa bazarına da çıxmağı planlaşdırır.
Daha əvvəl şirkət Fransa, İtaliya və İspaniyada ofislər açıb.
©Finans.az