11 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Avropa Birliyi 150 ölkəyə 1.2 mlrd. doz vaksin göndərib

Avropa Komissiyasının sədri Ursula fon der Leyen oktyabrın 30-31-də keçiriləcək G20 sammiti öncəsi mətbuat konfransında bildirib ki, Avropa Birliyi ilin əvvəlindən 150 ölkəyə 1.2 milyard doz vaksin göndərib.

Banker.az xəbər verir ki, “Avropa Birliyi 2021-ci ilin ilk 10 ayında 150 ölkəyə 1.2 milyard doz vaksin ixrac edib”, – deyə Ursula fon der Leyen söyləyib.

Avqust ayında Ursula fon der Leyen təşkilatın Avropa ölkələrində əhalinin 60%-nin peyvənd olunduğunu açıqlayıb. Qeyd edək ki, Avropa Birliyi məkanında vaksinasiya 2020-ci ilin dekabrından davam edir. Bu gün Avropa regionunda dörd peyvənd tanınır: “Pfizer/BioNTech”, “AstraZeneca”, “Moderna” və “Johnson & Johnson”. Rusiyanın “Sputnik V” peyvəndi AB-də təsdiqlənməyib. Ursula fon der Leyen bu preparatın təhlükəsizliyinə dair EMA-ya kifayət qədər məlumat təqdim edilmədiyini vurğulayır.

Son xəbərlər
Oxşar xəbərlər
X