Avropa Birliyi Belarus üzərindən uçuşları qadağan etdi

Avropa Birliyi üzv ölkələrin aviaşirkətlərinə Belarus üzərindən uçuşları qadağan edib.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın diplomatik nümayəndəsi məlumat verib.

Bununla yanaşı, Belarus aviaşirkətlərinə Avropa bloku ərazisi üzərindəki uçuşlara və ya ölkələrinin hava limanlarına enməyə rəsmi qadağa tətbiq edilib. Qərarın 5 iyun gecəsindən etibarən qüvvəyə minəcəyi bildirilir.

Vurğulanır ki, Avropa Birliyinin bu addımı 26 may tarixində Ukrayna tərəfindən tətbiq olunan de-fakto qadağanı bir daha təsdiq edir. Onda Afina-Vilnus marşrutu ilə hərəkət edən layner bomba ilə bağlı xəbərdarlığa görə yerə enməyə məcbur olub.

Enişdən dərhal sonra “NEXTA” kanalının yaradıcısı Roman Protaseviç və onun sevgilisi xüsusi xidmətlər tərəfindən saxlanılıb. Xatırladaq ki, Protaseviç ekstremist qruplaşmalar yaratmaqda şübhəli bilinir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.