1 C
Baku
Saturday, December 14, 2024

Avropa Birliyi dünya iqtisadiyyatının bərpa olacağı vaxtı açıqladı

Avropa Komissiyası dünya iqtisadiyyatının 2022-ci ilin ortalarına qədər bərpa olacağını mümkün sayır.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“İndiki hesablamalarımıza görə, ÜDM 2022-ci ilin ortalarına qədər 2019-cu il səviyyəsinə çatmalıdır”, – deyə Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Avropa Parlamentində söyləyib.

Xatırladaq ki, bir gün əvvəl İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı yaz hesabatında qlobal ÜDM-nin 2021-ci ilin ortalarına qədər böhrandan əvvəlki səviyyəsinə qayıda biləcəyini qeyd etmişdir. Bu iqtisadi canlanma bütün ölkələrə təsir etməyəcək: qısamüddətli perspektivdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əhəmiyyətli fərq olacaq.

Koronavirusun yayılmasına qarşı sosial-iqtisadi həyatda ciddi məhdudiyyətlər tətbiq edildiyi üçün Avropa Birliyinin iqtisadiyyatı keçən yaz iqtisadi böhranla üzləşib.

2020-ci ildə Avropa Birliyinin ÜDM-si son qiymətləndirməyə görə 6.2% azalıb.

Son xəbərlər
Digər xəbərlər