2017-ci ildə Avropa Komissiyası “Google”u axtarış sistemləri bazarında dominant mövqedən sui-istifadə etdiyinə görə 2.4 milyard avro cərimə edib.
Lakin yoxlamadan sonra Avropa Məhkəməsi tənzimləyicinin tərəfinə keçib və İT nəhənginə tələb olunan məbləği ödəməyi tapşırıb. O, korporasiyanın öz xidmətlərini tanıtmaqla 13 ölkədə lider mövqeyindən sui-istifadə etdiyini sübut edib.
“Ədliyyə Məhkəməsi hesab edir ki, “Google” reytinq alqoritmlərindən istifadə edərək azad rəqabət qaydalarını pozub”, – deyə mesajda bildirilir.
Bu, Avropa Birliyinin şirkətə qarşı qaldırdığı ilk iddia deyil. Artıq üç ildir ki, “Google” Avropa Komissiyasının 4.3 milyard avroluq cəriməsindən şikayət etməyə cəhd edir. Cərimənin həcmi həm İT nəhəngi, həm də Avropa İttifaqı üçün rekord olub.
Oktyabr ayında “Google” onlayn reklam bazarında inhisarla bağlı ittiham edilib. Bu dəfə iddianı ABŞ-ın bir qrou baş prokuroru qaldırıb. Onlar strategiyalarına və bazar mövqeyinə görə reklam sifarişlərinin 80%-ə qədərini alır, baxmayaraq ki, “Google”un komissiyası rəqiblərinkindən 2-4 dəfə çoxdur.