26 C
Baku
Saturday, July 27, 2024

Avropa Birliyi İsrail və Fələstin arasındakı münaqişə ilə bağlı mövqeyini açıqladı

Avropa Birliyi İsrail və Fələstin arasındakı qarşıdurmanın kəskinləşməsi ilə əlaqədar sanksiya tətbiq etmək niyyətində deyil. Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano məlumat verib.

“Yaxın Şərq regionundakı münaqişənin həllində diplomatik səylərə güvənirik, indi əsas olan şiddəti dayandırmaqdır. Hər hansı bir sanksiya barədə müzakirələr getmir”, – deyə Stano söyləyib.

Onun sözlərinə görə, Brüssel vəziyyətin diplomatik yollarla həll olunacağını gözləyir.

Xatırladaq ki, 15 may tarixində İsrailin hava hücumu Qəzzada beynəlxalq KİV ofislərinin yerləşdiyi 15 mərtəbəli binanı çökdürüb. İsrail və Fələstin 10 maydan bəri qarşılıqlı raket hücumlarına davam edir. İlkin məlumatlara görə, hücum nəticəsində 218 nəfər ölüb, 600-dən çox insan yaralanıb.

Son xəbərlər
Digər xəbərlər