14 C
Baku
Thursday, April 25, 2024

Avropa Birliyi Rusiyaya qarşı iqtisadi sanksiyaları uzadıb

Avropa Birliyi ölkələrinin liderləri Brüsseldə keçirilən və iki gün davam edən sammitdə Rusiyaya münasibətdə iqtisadi sanksiyaları uzatmaq qərarını qəbul ediblər. Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Avropa ölkələrindən birinin nümayəndə heyəti məlumat verib.

Diplomatların sözlərinə görə, sammitdən dərhal sonra yaxın həftələrdə Avropa Birliyinin rəsmi jurnalında müvafiq normativ aktların dərc edilməsi ilə başa çatacaq formal prosedur işə salınacaq.

Xatırladaq ki, 2014-cü ildə Avropa Birliyi Ukraynada baş verən hadislərlə əlaqədar olaraq Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib. Məhdudlaşdırıcı tədbirlər dəfələrlə dəyişdirilib və uzadılıb, o cümlədən ticarət, hərbi və maliyyə məhdudiyyətləri tətbiq edilib. Buna cavab olaraq Rusiya Avropadan bəzi istehlak məhsullarının idxalını dayandırıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər