26 C
Baku
Saturday, July 27, 2024

Avropa Birliyi sərhədləri açdığı ölkələrin siyahısını genişləndirdi

Avropa Birliyi Şurası koronavirusun yayılması ilə bağlı epidemioloji vəziyyətin yaxşılaşması səbəbindən xarici sərhədləri açmağı tövsiyə etdiyi üçüncü ölkələrin siyahısını genişləndirəcək. Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şuranın yayımladığı açıqlamada deyilir.

Hal-hazırda siyahıya səkkiz ölkə daxildir: Yaponiya, Avstraliya, İsrail, Yeni Zelandiya, Raunda, Sinqapur, Cənubi Koreya, Tailand və Çin. “Avropa Birliyi səyahət məhdudiyyətlərinin tədricən ləğv edilməsi tövsiyələrinə uyğun olaraq siyahıya Yaponiyanı da əlavə edib”,- açıqlamada deyilir.

Xatırladaq ki, mayın 20-də Avropa Birliyi üçüncü ölkələrdən gələn turistlər üçün səyahət məhdudiyyətlərini ləğv etmək meyarlarını dəyişdirərək, onları əhəmiyyətli dərəcədə sadələşdirmək qərarını verib. İndi belə bir siyahıya düşmək üçün son iki həftədə 100 min nəfərə düşən yoluxanların sayı 75-dən çox olmamalıdır.

Avropa Birliyinin siyahını tərtib etdiyi meyarlara ölkədəki epidemioloji vəziyyət, epidemiyanın qarşısını almaq üçün görülən tədbirlər və “iqtisadi və sosial mülahizələr” daxildir.

Son xəbərlər
Digər xəbərlər