9 C
Baku
Çərşənbə, Yanvar 26, 2022

Avropa Birliyi Şengen vizalarının verilmə qaydalarını sərtləşdirməyi təklif etdi

Avropa Birliyi Şengen vizalarının verilmə qaydalarını sərtləşdirməyi təklif edib. Məsələn, müraciət edərkən fotoşəkil çəkmək, uşaqlara isə barmaq izi qoymaq tələb oluna bilər.

Avropa Şurası Şengen vizası üçün müraciətləri təsdiqləyən Viza Məlumat Sisteminə (VIS) dəyişiklikləri qəbul edib. Sənəd Avropa Parlamenti tərəfindən təsdiq almalıdır.

Avropa Birliyinin təklifinə görə:

– Fotoşəkil çəkmək tələbi həmçinin altı yaşınadək uşaqlara da aid olunur. Bu, uşaq ticarətinin qarşısını almaq məqsədini daşıyır.

– Altı yaşdan yuxarı olan uşaqlardan barmaq izi qoymaq tələb olunur. 75 yaşdan yuxarı müraciət edənlər barmaq izi qoymaya bilər.

– Ölkəni tərk etdikdə və ya viza müddəti bitdikdə 12 yaşınadək uşaqların biometrik məlumatları silinəcək. Verilənlər bazasının qalan hissəsi əvvəlki qaydada – beş il saxlanılacaq.

– Viza Məlumat Sisteminə yalnız qısamüddətli deyil, həmçinin uzunmüddətli vizalar və yaşayış icazələri barədə də məlumat daxil ediləcək.

– Viza almazdan əvvəl müraciət edənlər yerli məlumat bazaları – miqrasiya və hüquq-mühafizə orqanları vasitəsilə yoxlanılacaq.

Yeni qaydalar müraciət edənlərin yoxlanışı prosesini təkmilləşdirəcək və “təhlükəsizlik təhdidi” yaradan və ya miqrasiya qanunlarını pozan şəxslərin aşkarlanmasına kömək edəcək.

Son xəbərlər
Oxşar xəbərlər