26 C
Baku
Saturday, July 27, 2024

Avropa Birliyi süni zəkanın istifadəsini məhdudlaşdırdı

Avropa Komissiyası süni zəka növlərini təhlükə dərəcəsinə görə dörd qrupa ayırıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Tənzimləyici onun təhdid ola biləcəyi sahələrdə istifadəsini məhdudlaşdırmaq qərarını verib.

Qeyd edildiyi kimi, insanların təhlükəsizliyi, onların gəlir mənbələri və hüquqları üçün təhdid sayılan “qəbuledilməz risk”lər tamamilə qadağan ediləcək. Xüsusilə insanın iradəsini aşan və onun davranışını manipulyasiya edən tətbiqlərdən söhbət gedir: məsələn, yetkinlik yaşına çatmayanların təhlükəsiz davranışlarını təşviq edən oyuncaqlar.

Bu qrupa həm də səlahiyyətli orqanların vətəndaşları müxtəlif parametrlərə görə qiymətləndirməsi üçün nəzərdə tutulan sistemlər də daxildir. Onlardan biri Çində tətbiq edilir. O, insanların qanuna tabe olub-olmadığını, dürüstlüyünü, istehlakçı davranışını izləyir.

Bunlardan əlavə, “qəbuledilməz risk”lərə aiddir:

– nəqliyyat və digər kritik infrastruktur;

– robotlaşdırılmış cərrahiyyədə süni zəkanın tətbiqi;

– kredit skorinqi;

– sənədlərin etibarlılığının yoxlanışı;

– imtahanların qiymətləndirilməsi.

Avropa Komissiyası yüksək riskli süni zəka texnologiyalarını bazara buraxmazdan əvvəl onun təhlükəsizlik, etibarlılıq, məlumat keyfiyyəti və s. tələblərə uyğunluğunu yoxlamağı təklif edib.

“Məhdudlaşdırılmış riskli” qrupa “chat-bot”lar, “minimum riskli” qrupa isə video oyunlar və spam-filmlər daxil edilib. Avropa Komissiyası bunların vətəndaşların hüquqları və təhlükəsizliyi üçün heç bir risk yaratmadığını hesab edir.

Son xəbərlər
Digər xəbərlər