26 C
Baku
Saturday, July 27, 2024

Avropa Birliyi “TikTok”u istifadəçi hüquqlarını pozmaqda günahlandırıb

Avropa İstehlakçı Hüquqlarının Müdafiəsi Təşkilatı (BEUC) istifadəçi hüquqlarını pozmaqda günahlandırılan “TikTok” haqqında Avropa Komissiyasına şikayət edib.

Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə təşkilatın çərşənbə axşamı veb-saytında yayımlanan açıqlamada deyilir.

Verilən məlumata görə, BEUC sosial şəbəkənin yetkinlik yaşına çatmayan uşaqları təhlükəli kontentdən qorumur. “TikTok” uşaqları və yeniyetmələri platformadakı gizli təhdidlərdən, reklamlardan və potensial zərərli kontentdən qoruya bilmir. BEUC və onun üzvləri “TikTok”un siyasətini tam araşdırılmasını tələb edir”, – sənəddə deyilir.

Üstəlik, təşkilat sosial şəbəkənin müəllif hüquqları sahəsində siyasətini ədalətsiz hesab edir

Son xəbərlər
Digər xəbərlər