24 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

Avropa Birliyi turizmin bərpa olacağı vaxtı proqnozlaşdırdı

Screen Shot 2021 09 02 at 14.34.20
Avropa ölkələrində turizm 2021-ci ilin payız-qış aylarında pandemiya öncəsi səviyyəyə qayıda bilər.
Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir. Bu proqnozu 12 may tarixində Avropa Turizm Assosiasiyasının rəhbəri Tom Cenkins açıqlayıb.
“Düşünürəm ki, nəzərdən keçirdiyimiz model 2020-ci ildir, lakin istisnalar ola bilər. Mənim fikrimcə, 2021-ci il 2020-ci ildən daha yaxşı olacaq. Bəlkə də, sentyabr ayı keçən ilə nisbətən xeyli müsbət keçəcək. Oktyabr və noyabr aylarında isə hər şey normaya düşəcək”, – deyə Tom Cenkins söyləyib.
8 may tarixində Avropa Birliyi dövlətlərinin zirvə görüşündə yayda sərhədyanı səyahətlərin tədricən sadələşdirilməsinə qərar verilib. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin açıqladığı kimi, Avropa Birliyi vaksinasiyanın sertifikatlaşdırılması sisteminə iyun ayında başlayacaq.
Xatırladaq ki, mayın 3-də Avropa Komissiyası Avropa Birliyi ölkələrinə koronavirus infeksiyasına qarşı peyvənd vurdurmuş xarici turistlərin girişinə icazə verməyi tövsiyə edib.
Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər