Avropa Birliyi (AB) Kiprdəki mübahisəli sularda qazma işlərinə görə Türkiyəyə qarşı sanksiyaları bir il müddətinə uzadıb.
Banker.az xəbər verir ki, bu barədə cümə axşamı AB-nin xarici siyasət xidmətinin yaydığı bəyanatda deyilir.
“Türkiyənin Aralıq dənizinin şərqində qeyri-qanuni qazma fəaliyyətinə cavab olaraq Avropa Şurası sanksiyaların 1 il müddətinə uzadılmasına qərar verib”, – deyə bəyanatda qeyd olunur.