Avropa Birliyi Ukraynaya makromaliyyə yardımı proqramı çərçivəsində 600 milyon avro ayırıb.
Banker.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında deyilir.
“Avropa Komissiyası bu gün AB adından Ukraynaya 600 milyon avro maliyyə yarıdımı ayırıb. Bu, 2020-ci ilin dekabrında 600 avroluq ilk ödənişdən sonra Ukrayna üçün cari proqram çərçivəsində ikinci və sonuncu tranşdır”, – deyə mesajda bildirilir.
Daha əvvəl Avropa Komissiyasının iqtisadi məsələlər üzrə vitse-prezidenti Valdis Dombrobskis bunun makromaliyyə yardımı proqramı çərçivəsində Ukraynaya verilən son tranş olduğunu bildirib. İlk tranş 2020-ci ilin dekabrında alınıb.
Kiyevin ikinci tranşı alması şərtlərinə məhkəmə, gömrük və vergi sahələrində islahatlar, habelə strateji dövlət müəssisələri üzərində xarici nəzarətin gücləndirilməsi daxildir. Beynəlxalq Valyuta Fondu (BVF) da islahatların həyata keçirilməsində irəliləyiş gözləyir. 2020-ci ildə təşkilat 5 milyard dollarlıq proqramı təsdiq edərək, Ukraynaya 2.1 milyard dollar məbləğində maliyyə yardımının birinci hissəsini ayırıb. Bütün beş tranşın 18 ay ərzində həyata keçirilməsi planlaşdırılır.