Rusiya Avropa İttifaqı (Aİ) ilə münasibətləri korlamayıb.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin vətəndaşlarla “birbaşa xətt”də və jurnalistlərlə geniş mətbuat konfransında deyib.
“Aİ ilə normallaşmaya gəlincə, biz heç kimlə münasibətləri korlamamışıq. Avropa bizi arxa plana keçirməyə çalışır”, – o deyib.